"Mançester Siti" Antuan Semenyodan sonra daha bir transferi bitirməyə çalışır.

Offsideplus.az xəbər verir ki, "şəhərlilər" heyətini Mark Qexi ilə gücləndirmək istəyir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

MS 25 yaşlı müdafiəçi üçün "Kristal Palas"la danışıqlara başlayıb.

Qexi cari mövsüm 33 oyunda 3 qol vurmağı bacarıb.

Onun klubu ilə müqaviləsi cari mövsümün sonunda başa çatır. Lakin "şəhərlilər" yayı gözləməyi düşünmür.