"Qalatasaray"ın İstanbula gətirdiyi Can Armando Güner transferində problem çıxıb.

Offsideplus.az xəbər verir ki, gənc futbolçunun klubu "Borussiya" (Münhenqladbax) onu geri çağırıb.

Almaniya klubu oyunçu icazəsiz İstanbula gəldiyi üçün ona qəzəblənib və Almaniyaya qayıtmağını tələb edib.

Qeyd edək ki, Can ötən günlərdə İstanbula gəlmişdi.

18 yaşlı futbolçu eyni zamanda Argentina U-17-nin də üzvüdür.

Onun keçidi üçün danışıqlar davam edəcək.

O, gələcəkdə üç yığma üçün çıxış edə bilər - Türkiyə, Argentina və Almaniya.