"Real olan bir şey varsa, “Qarabağ”a təklif göndərsinlər".
Offsideplus.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin futbolçusu Elvin Cəfərquliyev deyib.
O, müxtəlif klublardan təklif alması ilə bağlı yazılan xəbərlərə də münasibət bildirib:
“Bir neçə gün öncə menecerimlə danışmışam. Real təklif yoxdur. Maraq ola bilər, amma real nəsə yoxdur. Bəzən klublar qeyri-rəsmi şəkildə oyunçulara maraq göstərirlər. Bu cür hallar olsa da, ciddiyə almıram. Əgər dəqiqləşsə, o zaman çıxıb danışa bilərəm. O klubun meneceri belə dedi, bu klubun meneceri elə danışdı. Bunları müzakirə etmək lazım deyil. Real olan bir şey varsa, “Qarabağ”a təklif göndərsinlər və sonra danışa bilərik. Mən “Qarabağ”dan adlı-sanlı kluba getmək istəyərəm. Desinlər ki, azərbaycanlı oyunçu yaxşı komandaya getdi. Azərbaycanlı futbolçular adına ilk etmək istəyərəm. Mənim üçün əsas addır. Amma hansısa kiçik klub mənə yüksək məbləğ təklif etsə, buna razılaşmaram. Çünki mən “Qarabağ”da çıxış edirəm və bu klub böyük klubdur”.
(qafqazinfo.az)



