Aleksandr Tarakanovla yolları ayıran yunan-Roma güləşi üzrə Azərbaycan yığmasında yeni baş məşqçi müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, bundan sonra klassik stildə millimizi Məhəmməd Bana çalışdıracaq.
Milli komandanın böyük məşqçisi vəzifəsinə Nurəddin Rəcəbov təyin edilib. Məşqçilər korpusunda Rövşən Bayramov, Sabah Şəriəti, Bəhruz Həzrətipur və Rəsul Cazini Dorçə də yer alıb.
Qeyd edək ki, M. Bananın rəhbərliyi altında İran yığması 2012 London Olimpiadasında 3 qızıl medal qazanıb. Tokio-2020-də isə 1 qızıl və 1 bürünc əldə edilib.
O, 2011-ci ildə UWW tərəfindən dünyanın ən yaxşı məşqçisi seçilib. Eyni zamanda İranda "Cəsarət" ordeni ilə təltif olunub.



