Azərbaycan U-21 yığmasının heyətində dəyişiklik edilib.

Offsideplus.az xəbər verir ki, Bakıda təlim-məşq toplanışında olan komandada Emin Rüstəmovun ("Səbail") əvəzinə "Qəbələ"nin üzvü Ceyhun Bağırzadə dəvət olunub.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.

Qeyd edək ki, U-21 yanvarın 16-da "Səbail", 17-də isə "Şamaxı" ilə yoxlama oyunu keçirəcək.