"Ayntraxt" Mario Götze ilə müqavilə müddətini uzatmaq istəyir.

Offsideplus.az xəbər verir ki, dünya çempionunun hazırki sözləşməsi cari mövsümün sonunda bitir.

Klubla 33 yaşlı futbolçu arasında danışıqlar müsbət davam edir.

Götze üçün daha bir ehtimal karyerasını MLS-də davam etdirməkdir.

O, 2022-ci ildən "Ayntraxt"ın formasını geyinir və burada 139 oyuna çıxıb.

Qeyd edək ki, Frankfurt təmsilçisi "Qarabağ"ın Çempionlar Liqasındakı növbəti rəqibidir. Görüş yanvarın 21-də baş tutacaq.