Kişilərdən ibarət "Fənərbağça"nın voleybol komandasında ayrılıq yaşanıb.
Offsideplus.az xəbər verir ki, "sarı-lacıvərdlilər" baş məşqçi Slobodan Kovaçla yollarını ayırıb.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb.
S. Kovaç eyni zamanda Türkiyə milli komandasının da baş məşqçisidir. O, buradakı işini davam etdirəcək.
Qeyd edək ki, "Fənərbağça" hazırda Türkiyə çempionatında 26 xalla 5-ci yerdədir.



