"Mançester Yunayted" üçün cari mövsüm o qədər də uğurlu keçmir.
Offsideplus.az xəbər verir ki, onlar ötən gün "Brayton"a məğlub olaraq İngiltərə Kubokunda mübarizəni dayandırıb.
"Qırmızı şeytanlar" 1981/82 mövsümündən bəri ilk dəfə həm Liqa Kubokunda, həm də Federasiya Kubokunda ilk mərhələni keçə bilməyib.
Qeyd edək ki, "mankunianlar" Liqa Kubokunda aşağı liqa təmsilçisi "Qrimsbi"yə penaltilər nəticəsində məğlub olmuşdu.



