İtaliyanın “Yuventus” klubu “Bornmut”un müdafiəçisi Markos Senesini heyətinə qatmaqda israrlıdır.
Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi argentinalı futbolçunun bu yay başa çatacaq müqaviləsindən sonra transferini reallaşdıracağına inamla yanaşır.
Məlumata görə, Senesi ilə “Barselona” da maraqlansa da, “Yuventus” rəqiblərini qabaqlamaq niyyətindədir. Klub rəhbərliyinin yaxın günlərdə futbolçunun tərəfi və digər maraqlı tərəflərlə danışıqlara başlaması gözlənilir.
Danışıqlarda əsas məqsəd mümkün keçidin maliyyə şərtlərini və reallaşma imkanlarını qiymətləndirmək, eyni zamanda artan rəqabətin qarşısını almaq üçün prosesi tez bir zamanda yekunlaşdırmaqdır.



