Futbol dünyasını sarsıdan Neqreira işi gələcək aylarda cinayət məhkəməsinə çıxarıla bilər.
Offsideplus.az xəbər verir ki, əgər məhkəmə tərəfindən günahkar bilinərsə, bəzi klub rəsmiləri həbs cəzası ilə üzləşə bilər. Hazırda işin əsas sualları isə ödənilən pulların niyə verildiyi və qarşılığında nə əldə olunduğu və ya gözləndiyi üzərindədir.
İşin nəticəsi futbol dünyasında ciddi sarsıntıya yol aça bilər və klub rəhbərləri üçün ciddi hüquqi nəticələr doğura bilər.



