Rusiyanın Tula vilayətində MMA məşqçisinin yaratdığı etnik cinayətkar dəstə ifşa edildi.
Offsideplus.az xəbər verir ki, Şçokino şəhərində hüquq-mühafizə orqanları qarət və hədə-qorxu ilə məşğul olan cinayətkar dəstəni zərərsizləşdiriblər. Məlum olub ki, dəstəni 36 yaşlı Qafqaz mənşəli əcnəbi təşkil edib.
Araşdırmaya görə, həmin şəxs qarışıq döyüş növləri üzrə məşqçi kimi fəaliyyət göstərirmiş. O, öz idman seksiyasında müxtəlif milli diaspor və icmalara mənsub gəncləri bir araya gətirərək etnik cinayətkar qruplaşma yaradıb.
Təlimlərə qatılan miqrant idmançıları birləşdirən məşqçi onları qarət və hədə-qorxu yolu ilə pul tələb etmək kimi cinayətlərə cəlb edib.
Dəstənin rəhbəri Rusiya FSB-nin Tula vilayəti üzrə əməkdaşları tərəfindən saxlanılıb. O, barəsində "Vymoqatelstvo" (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi açılaraq həbs edilib.



