İyunun 26-dan 29-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatı keçiriləcək.

Offsideplus.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, qitə birinciliyində ölkəmizi 14 çəki dərəcəsində 19 idmançı (10 oğlan, 9 qız) fərdi yarışlarda təmsil edəcək.

Bundan başqa, Azərbaycan yığması Ölkəmiz qarışıq komanda yarışında da mübarizə aparacaq.

Cüdoçularımıza yeniyetmə oğlanlardan ibarət yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə ilə Kotaro Sasaki, yeniyetmə qızlardan ibarət yığmanın baş məşqçisi Elnur İsmayılov, məşqçi Əmrah Əhmədov rəhbərlik edəcək.

Oğlanlar

50 kq

Anar Quliyev

İbrahim Talıbov

55 kq

Rəsul Əlizadə

Məhəmmədəli Hüsiyev

60 kq

Zeyd Ələsgərov

66 kq

Əli Hümbətov 

73 kq

Səid Şərifov

Ayxan Həsənli

90 kq

Səid Hüseynov

+90 kq

Sübhan Axundov

Qarışıq komanda yarışı

81 kq

Abdullah Rəhmətov

+90 kq

Tunar Fərzəliyev

Qızlar

40 kq

Mədinə Hüseynova

44 kq

Gülşən Hüseynova

Xədicə Abdullayeva

48 kq

Nərmin Ağamirzəzadə

Leyla Ələkbərova

52 kq 

Aysun Məmmədova

57 kq

Səmayə Yusifli

63 kq

Ayan Əliyeva

70 kq

Məsumə Məmmədli