UFC-nin yarımorta çəki dərəcəsində çempionu İslam Maxaçev növbəti döyüşü barədə danışıb. O bildirib ki, qarşıdakı qarşılaşma karyerasında son döyüşlərdən biri olacaq və bir daha bütün dünyaya kim olduğunu sübut etmək istəyir.

Offsideplus.az xəbər verir ki, Maxaçev bu barədə sosial şəbəkədə paylaşım edib: "Növbəti döyüşüm karyeramda son qarşılaşmalardan biri olacaq. Deyirlər, Prates mənim üçün çox təhlükəlidir, Morales isə olduqca güclüdür. Onların ən yaxşısı ilə döyüşmək və bir daha bütün dünyaya kim olduğunu göstərmək istəyirəm". Qeyd edək ki, UFC 336-da Karlus Prates və Maykl Morales müvəqqəti çempionluq uğrunda döyüşəcək. Həmçinin, Henri Sejudo İslam Maxaçevə dəstək verib və bildirib: "Onun yerində olsaydım, mən də soruşardım ki, niyə iddiaçılar bir-biri ilə döyüşmür".