Orta çəkidə keçmiş çempion İsrael Adesanya oktaqona geri qayıdır.
Offsideplus.az verir ki, o, martın 28-də Co Payferlə döyüşəcək. Bu qarşılaşma UFC Sietl kartının əsas döyüşü olacaq.
Bu barədə UFC-nin prezidenti Dana Uayt özü məlumat verib.
Adesanya son 3 döyüşündə məğlub olub. O, son dəfə ötən ilin fevralın 1-də Nassurdin İmavovla görüşdə texniki nokaut olub.
Co Payferin isə 18 MMA qarşılaşması var. ABŞ-lı idmançı 15 dəfə qələbə qazanıb, 3 dəfə isə məğlubiyyətlə üzləşib.



