"Yuventus" klubu bu gün İtaliya kubokunun yarımfinal mərhələsinin "Milan"la oyunu üçün iştirak ərizəsini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, Turin təmsilçisi görüşə ciddi itkilərlə çıxacaq.
Komandanın heyətində müdafiəçilər Corco Kyellini, Merih Demiral, yarımmüdafiəçi Aaron Remsi və hücumçu Qonsalo İquain "Milan"a qarşı oynaya bilməyəcəklər. Onlar zədə səbəbindən matçı buraxacaqlar.
Qeyd edək ki, "Yuventus" - "Milan" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.