"Hamı milli komandanın qalib gəlməsini istəyir. Əfsuslar olsun ki, hər 3 oyunda məğlub olmuşuq. Bizə uyğun rəqib Estoniyadır. Hər iki qarşılaşmada qalib gəlib 6 xal toplamaq olardı. Amma, onlara da son görüşdə uduzduq".

Bu sözləri Offsideplus.az-a açıqlamasında Yunis Hüseynov Millətlər Liqasının IV turunda baş tutacaq Azərbaycan - Slovakiya oyunu barəsində danışarkən bildirdi.

Mütəxəssis şansları 60/40-a rəqibin xeyrinə qiymətləndirdi:

"Rəqib çox güclüdür. Komandamızı ağır 90 dəqiqə gözləyir. Fikrimcə, Santuş Estoniya ilə qarşılaşmadan sonra heyətdə bəzi dəyişikliklər edib. Düşünürəm ki, bu gün yaxşı oyun izləyə bilərik. Şanslar 60/40-a rəqibin xeyrinədir".