Millətlər Liqasında 4-cü turunun oyunları keçirilir.

Offsideplus.az xəbər verir ki, B Liqasının 4-cü qrupunda Türkiyə səfərdə İslandiya ilə qarşılaşıb. 

Görüş qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmanın 88-ci dəqiqəsində kimi oyun 2:2 idi. Bu anda səhnəyə Kerem Aktürkoğlu çıxdı. Yarımmüdafiəçi əvvəlcə qapıçıdan topu oğurlayaraq Arda Gülerə ötürmə etdi. "Real"ın üzvü hesabı xeyirlərinə dəyişdi.

Matçın 90+5-ci dəqiqəsində isə Kerem özü fantastik qolla qələbəni təmin etdi.

Hər iki epizodu təqdim edirik: