Azərbaycan millisinin kapitanı Emin Mahmudov İsveçə qarşı Millətlər Liqasının seçmə mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi bu sözləri deyib:

"Sabah bizi çox yaxşı komanda gözləyir. Çalışacağıq ki, yaxşı oyun göstərək. Bilirik ki, rəqibin güclü oyunçuları var. Sabahkı oyunda qələbə qazanmaq üçün mübarizə aparacağıq".

Qeyd edək ki, Azərbaycan - İsveç oyunu 5 sentyabr saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.