"Hər şeyin başlanğıcı olduğu kimi, sonu da var".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçi postundan ayrılan Canni de Byazi "Tuttomercato" nəşrinə müsahibəsində deyib.
67 yaşlı mütəxəssis nəticə baxımından qeyri-adi işlərlə maksimuma çatdıqlarını bildirib: "Kifayət qədər gənc, gələcəyi ola biləcək komanda ilə vidalaşıram. Azərbaycan FIFA reytinqində 120-ci yerdə olan komandadır. Amma istənilən halda İsveç kimi yüksək reytinqli yığmanı 3:0 hesabı ilə məğlub etməyi bacardıq".
Xatırladaq ki, De Byazi bu gün Azərbaycan millisi ilə vidalaşıb.