Azərbaycan yığması FIFA reytinqində irəliləyib.
Offsideplus.az xəbər verir ki, milli komandamız Fransa və Ukraynaya məğlub olmağına baxmayaraq 124-cü pillədən 123-cü yerə yüksəlib.
Azərbaycanın irəliliməsi 124-cü olan Toqo yığmasının dörd sıra geriləməsi sayəsində mümkün olub.
Qeyd edək ki, FIFA reytinqində ilk 3 sırada müvafiq olaraq İspaniya (1880.76 xal), Argentina (1872.43) və Fransa (1862.71) yer alıb.



