Portuqaliya millisinin kapitanı Kristiano Ronaldo daha bir tarixi rekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, o, Dünya çempionatı seçmə mərhələlərində ən çox qol vuran futbolçu adını qazanıb.

Ronaldo indiyədək çıxış etdiyi 51 oyunda 41 qol vuraraq rekordun yeni sahibi adını qazanıb. Bununla o, Qvatemalanın əfsanəvi futbolçusu Karlos Ruizi (39 qol) geridə qoyub və tarixdə birinci yerə yüksəlib.


Ronaldo, həmçinin, 30 yaşından sonra Portuqaliya millisində keçirdiyi 107 oyunda 90 qol vurmaqla diqqət çəkib.

Ulduz futbolçu bununla da bir neçə rekordu əlində saxlayır:

  • Portuqaliya millisinin tarixində ən çox qol vuran futbolçu;

  • Milli komandalar tarixində ən məhsuldar futbolçu;

  • Çempionlar Liqasının tarixində ən çox qol vuran futbolçu;

  • Dünya futbol tarixinin ən məhsuldar futbolçusu.

Kristiano Ronaldo bu göstəricilərlə futbol tarixində öz adını bir daha qızıl hərflərlə yazdırıb.