Azərbaycan futbol millimizin baş məşqçisi Ayxan Abbasov Fransa ilə oyun öncəsi keçirilən mətbuat konfransında qarşıdakı görüş barədə danışıb.
Offsideplus.az xəbər verir ki, baş məşqçi rəqibin son illərin ən güclü komandalarından biri olduğunu və Fransa yığmasında bir sıra ulduz futbolçuların çıxış etdiyini bildirib: “Amma biz də görüşə ciddi hazırlaşmışıq. Futbolçularımız böyük komandalara qarşı mübarizədə özlərini göstərəcəklər. Rəqibin azarkeş dəstəyi olacaq, amma bu, futbolçularımızın meydanda bütün güclərini ortaya qoymasına mane olmayacaq”, – deyə Abbasov əlavə edib.
O, həmçinin vurğulayıb ki, belə böyük oyunlar futbolçular üçün motivasiya, məşqçilər üçün isə şansdır: “Oyunçularımdan istəyim odur ki, nə olur-olsun, meydanda təslim olmasınlar və rəqibdən çəkinməsinlər. Futbolda hər şey mümkündür”.



