DÇ-2026-nın seçmə mərhələsi üzrə keçiriləcək Fransa - Azərbaycan oyunundan öncə Didye Deşamın mətbuat konfransı baş tutub.
Offsideplus.az xəbər verir ki, fransız mütəxəssis bu sözləri deyib:
"Futbolçularım özlərindən əmin və daha inamlıdırlar. Biz bütün rəqiblərimizə hörmət edirik. Onların da milli ruhu var, son oyunun nəticəsinə baxsaq, itirməyə bir şeyləri yoxdur. Bizə qarşı təhlükəli epizod yaratmağa onlara şans verməməliyik".
Qeyd edək ki, Fransa - Azərbaycan oyunu 10 oktyabr saat 22:45-də baş tutacaq.



