Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət milli komandası (U-16) Bakıda təşkil olunan təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, yığmamız yenə Moldova ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Binə stadionunda keçirilən oyunda Aqil Nəbiyevin yetirmələrindən qolları Şikar Şikar və Ömər Kosayev vurublar.

Qeyd edək ki, bu komandalar arasında iyunun 19-da baş tutan ilk oyunda Azərbaycan yığması 3:2 hesablı qələbə qazanmışdı. 

Azərbaycan (U-16) – Moldova (U-16) - 2:1

Qollar: Şikar Şikar, 58; Ömər Kosayev, 89 - Damian Xanqan, 69

Qırmızı vərəqə: David Ostafi, 82

Azərbaycan: 1. Bilal Hacıyev, 5. Roman Fərzəli, 21. Uğur Qurbanlı, 3. Vaqif Məmmədli, 6. Ruslan Quliyev, 20. Mehdi Hüseyn (4. Vaqif Nəbiyev, 73), 24. Rəsul Balakişiyev (19. Firdovsi Şeydayev, 62), 16. Şikar Şikar (7. Yusif Orucəliyev, 73), 10. Əli Bəşirov (k) (18. Cavidan Əlizadə, 71), 8. Nihat Hüseynzadə, 23. Daniil Rəcəbov (9. Ömər Kosayev, 46)

Ehtiyat oyunçular: 12. Kamal Camalzadə, 2. Mehdi İsmayılov, 11. Tunar Bayramov, 13. Əli İsrafilov, 14. Ramil Hacıyev, 15. Cəfər Cəfərzadə, 17. Nicat Əhmədzadə, 25. Ranar Qazibəyov, 27. Fəqan Mustafayev

Baş məşqçi: Aqil Nəbiyev

Moldova: 1. Oktavian Giaur (k) (12. Vlad Dediu, 67), 3. Ektor Kreçesko (2. Qriqori Toriç, 46), 14. Timur Qamurar (5. Nikolas Yeşanu, 46), 15. David Ostafi (10. Mixai Puşkaşu, 67 ), 4. Mixail Baqrin, 13. Nikita Sili (6. Maksim Patron, 46), 18. Nikita Danielli (7. Darius Dodonu, 46), 16. Katalin Qaliçenko, 17. Boqdan Lupaşko (9. İon Kalmik, 61), 20. Kristian Jeçev (8. Damian Xanqan, 46), 19. Aleksandru Mardari (11. Aleksandru Bokança, 46)

Baş məşqçi: Nikolae Bunea