Azərbaycanın futbol üzrə milli komandası Latviyaya qarşı keçiriləcək beynəlxalq yoldaşlıq görüşünün hazırlığını başa vurub.
Offsideplus.az xəbər verir ki, bu gün Riqanın "Skonto" stadionunda oyunöncəsi son məşq gerçəkləşib.
Güclü yağış altında baş tutan 1 saatlıq məşqin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olub.
Futbolçulardan yalnız özünü yaxşı hiss etməyən, hərarəti yüksələn Toral Bayramov son məşqə qatıla bilməyib.
Onu da əlavə edək ki, Latviya və Azərbaycan yığmaları arasında görüş elə bu stadionda sabah saat 17-də start götürəcək.