Bakıda təlim-məşq toplanışı keçən futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti məşqə çıxıb. 

Offsideplus.az xəbər verir ki, Latviya kollektivi ilə yoldaşlıq görüşünə hazırlaşan yığmamızın üzvləri baş məşqçi Fernandu Santuşun rəhbərliyi altında müxtəlif təmrinləri həyata keçiriblər.

Milli komandamız sabah səhər məşqindən sonra Riqaya yollanacaq. 

Latviya - Azərbaycan matçı iyunun 7-də Riqada yerləşən "Skonto" stadionunda baş tutacaq.

AFFA-nın rəsmi saytı bugünkü məşqdən fotolar yayımlayıb.

y-1 

y-2 

y-3 

y-4 

y-5 

y-6 

y-7 

y-8