"Qarabağ" klubunun futbolçusu Bədavi Hüseynov Azərbaycan milli komandasının təlim-məşq toplanışında iştirak edə bilməyəcək.

Offsideplus.az xəbər verir ki, müdafiəçi zədə səbəbindən hazırlıq prosesinə qoşulmayacaq.

Məlumatı AFFA-nın rəsmi saytı yayıb.

Qeyd edək ki, yığmamız təlim-məşq toplanışı çərçivəsində iyunun 7-də Riqada yerləşən “Skonto” stadionunda Latviya, iyunun 10-da isə Mərdəkandakı "Liv Bona Dea Arena"da Macarıstanla beynəlxalq yoldaşlıq oyunu keçirəcək.