UEFA Millətlər Liqasında C Liqasının 4-cü qrupunda Azərbaycan milli komandası Litvaya 0:5 hesabı ilə məğlub olub. 

Offsideplus.az xəbər verir ki, yığmamızın baş məşqçisi Siyasət Əsgərov oyundan sonra keçirilən mətbuat konfransında  məğlubiyyəti şərh edib: 

"İlk dəfədir ki, oyundan sonra mənim mətbuat konfransım olur. Daha öncə ayaqüstü müsahibələr keçirilirdi. Belə qarşılanmadan sonra nəticə çox üzücü oldu. Qızlar ilk 10 dəqiqədə komanda olaraq hara düşdüklərini bilmirdilər. Həyəcan içində idilər. Biz Türkiyəyə qarşı 12 min azarkeş qarşısında oynamışdıq. İlk dəqiqədə buraxdığımız və iki dəqiqə sonrakı qola görə komandada düşüş oldu. Oyun planımızdan çıxdıq. Səhvlər etdik. İkinci hissədə qol vurmaq istədik. İstər-istəməz qapımızda daha bir qol gördük. Şanslarımız vardı, lakin sonluqlarımız yoxsdursa, ya bir xalla çıxmalısan, ya da belə biabırçı nəticə olmalıdır. Məğlubiyyətin əsas günahkarı mənəm. Rəqib Almaniya və ya digər böyük komanda deyil, Litvadır. Səfərdə onları məğlub etmişik. Komanda rəqibə yuxarıdan aşağı baxdı. Fürsətdən istifadə edib, tribunaya gələnlərə təşəkkür edirəm və komanda adından üzr istəyirəm".