Azərbaycanın çimərlik futbolu üzrə milli komandası Avropa çempionatının I seçmə mərhələsində (EBSL) qrupda ikinci yeri tutaraq gümüş medallara layiq görülüb.

Offsideplus.az xəbər verir ki, yığmamızın üzvü Orxan Məmmədov turnirin ən yaxşı oyunçusu seçilib.

Digər həmyerlimiz Ramil Əliyev isə 5 qolla yarışın bombardiri olub.

Qeyd edək ki, Superfinal bu il 7-14 sentyabr aralığında İtaliyada keçiriləcək. Həmin turnirdə  ilk iki yeri tutacaq komandalar növbəti mövsüm A Liqasında çıxış edəcəklər. 

Orxan Məmmədov

img-20250526-wa0016 

Ramil Əliyev

img-20250526-wa0014