Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət milli komandasının (U-21) Belarus yığması ilə keçirəcəyi yoldaşlıq görüşünün yeri və başlanma vaxtı müəyyənləşib.

Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən məlumat verir ki, Ayxan Abbasovun yetirmələri iyunun 4-də Belarusun Baranoviçi şəhər stadionunda mübarizə aparacaqlar. Matç yerli vaxtla 19:00 (Bakı vaxtı ilə saat 20:00-da) başlanacaq.

Bu məqsədlə yığmamız təlim-məşq toplanışının ikinci mərhələsi üçün iyunun 2-də Minskə uçacaq.

Belarus səfərindən sonra milli komandamız iyunun 8-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqronun U-21 komandası ilə yoldaşlıq görüşü keçirəcək.