İyunun 10-da Azərbaycan və Macarıstan futbol yığmaları arasında keçiriləcək beynəlxalq yoldaşlıq görüşünün hakimləri müəyyənləşib.
Offsideplus.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, "Liv Bona Dea Arena”da baş tutacaq qarşılaşmanı belaruslu ədalət təmsilçiləri idarə edəcəklər.
10 iyun
Azərbaycan - Macarıstan
Liv Bona Dea Arena. Saat 20:00
Baş hakim: Viktor Şimusik (Belarus)
Baş hakimin köməkçiləri: Sergey Kasavets, Anton Qusev (hər ikisi Belarus)
Dördüncü hakim: Cavid Cəlilov (Azərbaycan)



