Macarıstan yığması iyun ayında İsveç və Azərbaycan milli komandaları ilə yoldaşlıq qarşılaşmaları keçirəcək.

Offsideplus.az xəbər verir ki, "ağ-qırmızılar"ın baş məşqçisi Marko Rossi qarşılaşacaqları rəqibləri müqayisə edib:

"Hər iki rəqibin üslubu fərqlidir. İsveç yığması top liqalardan yaxşı oyunçuların yer aldığı güclü komandadır. Azərbaycan İsveç qədər güclü olmasa da, fərqli komandadır. Evdə də yaxşı oynayırlar. Hər iki görüşdə qələbə qazanmaq istəyirik".

Əlavə edək ki, Azərbaycan - Macarıstan matçı iyunun 6-da Mərdəkanda yerləşən "Liv Bona Dea Arena" stadionunda keçiriləcək.