"Həqiqətən çox məyusuq. Komanda şəklində oyuna yaxşı hazırlaşmışdıq. Qalib gəlmək istəyirdik. Təəssüf k, uduzduq. Məğlubiyyətə görə xalqımızdan üzr istəyirik. Onları məyus edirik. İnşallah, yaxın zamanlarda onları sevindərərik".
Offsideplus.az xəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının futbolçusu Mert Çelik Belarusa qarşı yoldaşlıq görüşündən (0:2) sonra deyib.
O, daşıdığı məsuliyyəti anladığını, yığmada oynamağın şərəfli olduğunu bildirib: "Həm öz klubumda, həm də milli komandada öz işimlə məşğulam. İlk dəfə məni 5 il əvvəl yığmaya çağırmşdılar. Oynamaq bu günə qismət oldu. İnşallah, bu, daimi olar. Çünki milli komandanın qiymətini bilirəm. Burada olmaq böyük şərəfdir. Yığmanın formasını geyinməyə layiq olmaq lazımdır".
M.Çelik vurğulayıb ki, buraxılan səhvlər onlara dərs olur: "Hər oyunda səhvlərimizi görürük. Çatışmazlıqların üzərində çalışırıq. Müdafiədə və hücumda komanda qismində daha yaxşı oynamalıyıq. Ümidvaram ki, gələcəkdə uğurlu nəticələr qazanacağıq".