Azərbaycan və Belarus milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşündən öncə bir dəqiqəlik sükut olacaq.
Offsideplus.az xəbər verir ki, oyundan əvvəl AFFA-nın sabiq baş katibi, futbol veteranı Çingiz İsmayılovun xatirəsi yad ediləcək.
Məlumatı AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr deprtamenti yayıb.
Sükut zamanı mərhumun şəkli stadiondakı tabloda əksini tapacaq.
Xatırladaq ki, 1955-62-ci illərdə "Neftçi"nin qapısını qorumuş Ç.İsmayılov daha sonra uzun müddət bu klubun rəisi vəzifəsində çalışıb. O, teleşərhçi işləyərkən, ecazkar səs tembri və futbol biliyi ilə tamaşaçıların sevgisini qazanıb. Ç.İsmayılov martın 23-də 89 yaşında dünyasını dəyişib.