Bu gün Belarusla yoldaşlıq görüşü keçirəcək Azərbaycan milli komandasının heyətində dəyişiklik edilib.
Offsideplus.az xəbər verir ki, "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev yığmanın düşərgəsindən yola salınıb.
Buna futbolçunun zədələnməsi səbəb olub.
Onun əvəzinə "Səbail" klubundan Əlirza Müştəbazadə yığmaya dəvət alıb.
Məlumatı AFFA-nın rəsmi saytı yayıb.
Ə.Müştəbazadənin oyun günü təcili milli komandaya çağırılması heyətdə 3 qapıçının olmasını təmin etməkdir. Onunla yanaşı, hazırda düşərgədə Rza Cəfərov və Aydın Bayramov yer alır.
Qeyd edək ki, Azərbaycan - Belarus matçının start fiti bu gün saat 21:45-də Masazırda yerləşən "Bank Respublika Arena"da çalınacaq.