Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandası (U-17) sensasion qələbə qazanıb.
Offsideplus.az xəbər verir ki, yığmamız Avropa çempionatının ikinci seçmə mərhələsinin B Liqasının 2-ci qrupunda Bolqarıstanı məğlub edib - 3:2.
Nərgiz Qurbanovanın yetirmələrindən Xanım Əsədova (13-cü və 74-cü dəq.) və Ayşən Salamzadə (90+3-cü dəq.) fərqlənib.
Bu qrupun bütün oyunları Bakıda keçirilir. Milli komandamız ilk görüşdə Lüksemburqa 0:5 hesabı ilə uduzmuşdu. Həmin Lüksemburq kollektivi bu gün eyni hesabla Maltanı üstələyib.
Futbolçularımız qrup mərhələsində son oyununu martın 18-də Maltaya qarşı keçirəcəklər.