Futzal üzrə AVRO-2026-nın əsas mərhələsi üzrə 5-ci qrupun IV turu çərçivəsində keçiriləcək Yunanıstan - Azərbaycan oyununu idarə edəcək hakimlər müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, martın 11-də Bakı vaxtı ilə saat 21:00-da Afinada baş tutacaq oyun bolqarıstanlı hakimlərə tapşırılıb.
Oyunun baş hakimi Trayan Ençev olacaq. Ona Kaloyan Kirilov və İvan İvanov köməklik göstərəcək. Hakim-inspektor almaniyalı Sven Eyhler olacaq.