"Biz ötən il də İnkişaf Kuobkunda iştirak etmişdik. Bu dəfəki yarış 1 il ərzində nələrə nail olduğumuzu görmək üçün mənə maraqlı idi"
Offsideplus.az xəbər verir ki,  bu sözləri 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi İlham Yadullayev Belarusun paytaxtı Minskdə təşkil edilən İnkişaf Kuboku haqqında danışarkən deyib.
O, yığmamızın qrup mərhələsindəki çıxışını belə qiymətləndirib: "İlk turda Rusiya ilə oyunda futbolçularda həyəcan var idi. Ona görə də uduzduq. Ancaq komanda qısa müddətdə toparlandı, qələbəyə kökləndi. Nəticədə növbəti turda İran yığmasını məğlub etdik. Bu qalibiyyət Qazaxıstanla matçöncəsi uşaqlara əlavə motivasiya verdi. Qazaxıstanla oyunda komandamız əsl xarakter göstərdi. Birinci hissədə hesabda geri düşsək də, görüşə nəzarət tam bizim tərəfimizdə idi. Fasilədə bəzi dəyişikliklər etdik. Bu da bəhrəsini verdi. Yeni gələnlərin özlərini doğrultmaları da sevindirici hal oldu. Sona qədər döyüşdükləri üçün futbolçularıma təşəkkür edirəm”.
İ.Yəduallayev 3-cü yer uğrunda fevralın 21-də Özbəkistan yığmasına qarşı keçiriləcək matçda qələbə qazanmağa çalışacaqlarını söyləyib: “Özbəkistan yığması da bizim kimi, qrupunda ikinci yeri tutub. Çox güclü komandadır. Buna baxmayaraq, uğurlu nəticə qazanmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, U-17 qrup mərhələsində Rusiya (0:3), İran (1:0) və Qazaxıstanla (2:1) mübarizə apararaq, 6 xalla ikinci pillədə qərarlaşıb və turnirin 3-cü yeri uğrunda oynamaq imkanına yiyələnib.