Türkiyə Super Liqasında çıxış edən "Hatayspor" FİFA tərəfindən cəzalandırılıb.
Offsideplus.az xəbər verir ki, buna səbəb Azərbaycan millisinin üzvü olub. Renat Dadaşov klubu ödənişlərini almamasını əsas gətirərək FİFA-ya şikayət etmişdi. Super Liqa təmsilçisi İdman Arbitraj Məhkəməsinə müraciət etsə də, qərar qüvvədə qaldı. Beləliklə, "Hatayspor" 2 mövsüm transfer edə bilməyəcək.
Qeyd edək ki, Renat Dadaşov bu komandanın heyətində 33 matçda 6 qol vurmağı bacarıb.