Bir müddət öncə bir sıra media qurumlarında AFFA-nın Fernandu Santuşla yolları ayıracağı ilə bağlı iddialar səsləndirilirdi.
Offsideplus.az xəbər verir ki, qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev məsələ ilə bağlı jurnalistlərə açıqlama verib:
“Fernandu Santuşun istefaya göndərilməsi məsələsi hazırda gündəmdə deyil. O, hazırda AFFA rəsmiləri ilə birlikdə İsveçrənin Sürix şəhərində DÇ-2026-nın seçmə mərhələsinin püşkatma mərasimindədir. İş başındadır və işini davam etdirir”.