Finlandiyanın "Helsinki" klubu yoxlama görüşündə qüvvəsini sınayıb.
Offsideplus.az xəbər verir ki, Ozan Can Kökçünün komandası "Yurqorden"lə qarşılaşıb. 40 dəqiqəlik 3 hissədən ibarət olan matçda İsveç təmsilçisi 6:1 hesabı ilə qələbə qazanıb.
Ozan Can Kökçü qarşılaşmaya start heyətində başlayıb. O, 65-ci dəqiqədə əvəzlənib.



