"Zenit-2"də Ramil Şeydayevin baş məşqçisi olan Vladislav Radimov maraqlı açıqlama ilə diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, "Sport-Ekspress" nəşrinə müsahibə verən mütəxəssis qalmaqallı iddia səsləndirib. O, Ramil Şeydayevin Azərbaycana millisində oynamaq üçün 1 milyona yaxın pul aldığını söyləyib:
"Təəssüf ki, onun karyerası alınmadı. Düşünürəm ki, diqqətini pul qazanmağa yönəltməsi Ramilin səhvi idi. Belə başa düşürəm ki, Azərbaycan pasportuna görə ona pul vermişdilər. Qolovinin çıxış etdiyi gənclərdən ibarət komandada Şeydayev bir nömrə idi. O, Avropa Çempionatının qalibi olub. Öz yaşıdları olan hücumçular arasında ən güclüsü sayılırdı. Ramil ölkələr dəyişdikdən sonra özünü itirdi. “Trabzonspor”, “Jilina”, “Qarabağ”… Bütün bunlar ona mane oldu. Vətəndaşlığı dəyişmək üçün ona nə qədər pul təklif edirdilər? Şayiələrə görə, 500 min dollardan bir milyona qədər".
Qeyd edək ki, Ramil Şeydayev hazırda "Neftçi"də çıxış edir.