"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiolanın qızı Mariya Qvardiolanın sınıq "iPhone 15" istifadə etməsi sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Offsideplus.az xəbər verir ki, dünyanın ən çox qazanan məşqçilərindən birinin ailə üzvünün bu görüntüsü izləyiciləri təəccübləndirib.

​Məsələnin maraqlı tərəfi isə Pepin qazancı ilə bu texnologiyalar arasındakı kəskin fərqdir:

  • ​Milyonluq gəlir: Pep Qvardiolanın illik maaşı təxminən 23 milyon avro təşkil edir.
  • ​İllik qazancın gücü: Qvardiola bir illik maaşı ilə tam 10.014 ədəd "iPhone 17 Pro Max" ala bilər.
  • ​Gündəlik qazanc: Təcrübəli mütəxəssis cəmi bir günlük maaşı ilə mağazadan 27 ədəd "iPhone 17 Pro Max" çıxarmaq imkanına sahibdir.

​Bu faktlar fonunda Mariyanın hələ də sınıq ekranlı köhnə modeldən istifadə etməsi "təvazökarlıq", yoxsa "diqqətsizlik" suallarını doğurub.