Azərbaycanın qadın futbolçulardan ibarət millisi bu gün Portuqaliya ilə Avropa çempionatının birinci pley-off mərhələsində cavab matçına çıxacaq.

Offsideplus.az xəbər verir ki, Vizela şəhərindəki eyniadlı stadionda baş tutacaq görüş saat 23:45-də start götürəcək.

Xatırladaq ki, cütün qalibi ikinci pley-off mərhələsində Belarus - Çexiya oyununda qalib gələn komanda ilə qarşılaşacaq və ilk matçı evdə keçirəcək. Bu raundun qarşılaşmaları noyabrın 27-də və dekabrın 3-də keçiriləcək.

Avropa çempionatı

Pley-off mərhələsi, cavab oyunu

29 oktyabr

23:45. Portuqaliya - Azərbaycan

Hakimlər: Şona Şukrula, Martina Bur, Eşli de Haan, Culia van Es (hamısı Niderland).

İlk oyun - 4:1.