Azərbaycan qadın futbol millisinin Avropa çempionatının birinci pley-off mərhələsində Portuqaliya yığması ilə keçirəcəyi ilk oyunun hakim təyinatları açıqlanıb. 

Offsideplus.az-ın məlumatına görə, oktyabrın 25-də Bakıda keçiriləcək matçı Almaniya və Avstriyadan olan hakimlər briqadası idarə edəcək.

25 oktyabr tarixində Azərbaycan - Portuqaliya matçı Dalğa Arenada saat 16:00-da keçiriləcək. Baş hakim Fabienne Michel (Almaniya) olacaq, ona Melissa Joos (Almaniya) və Amina Sarah Gutschi (Avstriya) kömək edəcəklər. Dördüncü hakim Karoline Wacker (Almaniya) təyin edilib. VAR hakimləri Katrin Rafalski və Johann Pfeifer (hər ikisi Almaniya) olacaq. Hakim-inspektor Blaženka Logarušić (Xorvatiya) və UEFA nümayəndəsi Sanja Bosanac Perisic (Monteneqro) olacaq.