Birləşmiş Ərəb Əmirliklərində toplanışda olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi (U-17) növbəti sınaq matçına çıxıb.

Offsideplus.az xəbər verir ki, U-17 millimiz Ajman şəhərində Avstraliyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Komandamızın heyətində qolları 44-cü dəqiqədə Əli Qazibəyov və 86-cı dəqiqədə Əli İbrahim vurublar. Penaltilər seriyasında daha dəqiq oynayan millimiz (4:2) bu matçdan qələbə ilə ayrılıb.