Tomas Tuxel İngiltərə milli komandasına baş məşqçi təyin edilməsinə münasibətini bildirib.
Offsideplus.az İngiltərə Futbol Assosiasiyasının (The FA) rəsmi saytına istinadən almaniyalı çalışdırıcının bu barədə fikrini təqdim edir:
"İngiltərə komandasına rəhbərlik etmək şərəfinə nail olmaqdan çox qürur duyuram. Bu ölkədəki oyunla şəxsi əlaqəmi çoxdan hiss etmişəm və artıq bu, mənə inanılmaz anlar yaşatdı. İngiltərəni təmsil etmək fürsətimin olması böyük bir imtiyazdır. Bu xüsusi və istedadlı oyunçular dəstəsi ilə işləmək imkanı çox həyəcanvericidir".
Qeyd edək ki, Tomas Tuxel sonuncu dəfə "Bayern"i çalışdırıb.