"Belə oyunla məğlub olmalıydıq. İkinci hissədə birinciyə nisbətən yaxşı oynadılar. Qırmızı vərəqə təsirini göstərdi. Mənə elə gəlir ki, meydanda azlıqda qalmasaydıq, ən azı 1 xal ala bilərdik".

Bu sözləri Offsideplus.az - a açıqlamasında Elnur Allahverdiyev UEFA Millətlər Liqasının IV turunda yığmamızın Slovakiyaya məğlub olmasını şərh edərkən bildirdi.

Mütəxəssis heyətdə 3 futbolçunu xüsusi fərqləndirdi:

"Toral Bayramov, Elvin Cəfərquliyev, Bədavi Hüseynov digər oyunçulara baxanda daha yaxşı təsir bağışladılar. Müdafiəmizdə ciddi problemlər var. Bu səbəbdən də adi qollar buraxırıq".