Millətlər Liqasının 4-cü turunda Azərbaycan Slovakiyaya uduzdu - 1:3.
Offsideplus.az xəbər verir ki, oyundan sonra Fernandu Santuş mətbuat konfransında çıxış etdi.
Mütəxəssis məğlubiyyəti belə şərh etdi:
"Oyunun ilk dəqiqələrindən 68-ci dəqiqəyə qədər yaxşı performans göstərdik. Bu cür vəziyyətlərdə bəxt amili də rəqibin tərəfində idi. Qırmızı vərəqə qırılma nöqtəsi oldu. Ondan sonra oyunda üstünlüyü ələ almaq, oyunun taleyini dəyişmək daha çətin idi. Real qol imkanlarımız olsa da, cəmi birindən yararlandıq. Bunu biabırçı məğlubiyyət adlandırmazdım. Yaxşılaşdırmalı olduğumuz elementlər var. Bu cür adlandırmazdım".