Asiya Çempionlar Liqasının II turunun oyunları keçirilir. 

Offsideplus.az xəbər verir ki, Malaziyanın "Yohor Tazim" klubu Çinin "Şanxay Şenxua" kollektivi ilə qarşılaşıb.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Millimizin üzvü Eddi İsrafilov da bu qarşılaşmanın iştirakçısı olub. Yarımmüdafiəçi 90 dəqiqə əvəzlənmədən meydanda top qovub.